Meksikada narkokartellər arasında silahlı toqquşma - 18 ölü

Meksikada narkokartellər arasında silahlı toqquşma
Oxunma sayı: 745

Meksikanın Zakatekas vilayətində narkotika qruplaşmaları arasında çıxan münaqişədə 18 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vilayətin Valparasio şəhərində rəqib mütəşəkkil cinayətkar dəstələr əraziləri nəzarətdə saxlamaq məqsədilə bir-birinə atəş açıblar.

Hadisə şahidləri münaqişədə 200 nəfərədək silahlının iştirak etdiyini bildiriblər. İndiyədək ərazidə 18 meyit aşkarlanıb.

Ordudan dəstək almaqla, bölgəyə çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub.

Bu vilayətdə ölkənin ən güclü kartelləri tez-tez qarşı-qarşıya gəlir. Keçən il eyni səbəbdən vilayətdə ölənlərin sayı 1065 təşkil edib. İlin əvvəlindən bəri isə bu rəqəm 746 olub.