Meksikada mütəşəkkil cinayətkar qruplar arasındakı qarşıdurma nəticəsində 35 nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Jordana” məlumat yayıb.
Bildirilib ki, “Jalisco Nueva Generación” və “Sinaloa” narkokartellərinin üzvləri bir-birinə hücum ediblər.
Qeyd edilib ki, qarşıdurma 11 saat davam edib.
Meksika ordusundan və Baş Prokurorluqdan nümayəndələr hadisə yerinə cəlb olunub.
Bir kənd ərazisinə səpələnmiş cəsədlərdən əlavə, içərisində cəsədlər olan tamamilə yanmış iki yük maşını aşkarlanıb.
Son xəbərlər
Son Xəbərlər