Meksikada neft terminalında yanğın olub - Yaralananlar var

meksikada-neft-terminalinda-yangin-olub
Oxunma sayı: 632

Meksikada dəniz neft terminalında baş verən yanğın nəticəsində 17 nəfər yaralanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki,  bu barədə Pemex neft şirkəti məlumat yayıb.

İnsident Tamaulipas ştatında qeydə alınıb. Hadisə nəticəsində 17 nəfər yaralanıb. Hazır onlara tibbi yardım göstərilir.

Qeyd edək ki, mart ayı ərzində Pemex şirkətinin Quanaxuato ştatının Salamanko şəhərində benzin terminalında baş verən partlayış zamanı 4 nəfər həlak olub.