Meksikanın Tultepek şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 6 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Partlayışa qaz sızmasının səbəb olduğu vurğulanıb. Hadisə nəticəsində ana və iki azyaşlı uşaq həlak olub. Daha sonra xəstəxanaya çatdırılanlardan daha biri dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər