Meksikada partlayış - 4 ölü, 10 yaralı

meksikada-partlayis
Oxunma sayı: 785

Meksikanın eyni adlı əyalətindəki Puebla şəhərinin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, həlak olanların sayının artacağı istisna edilmir. 

Xəsarət alanlar Pueblada xəstəxanalara yerləşdiriliblər.

İlkin məlumatlara görə, silah və ya pirotexnika vasitələri partlaya bilər.

Rəsmi qurumlar nə baş verdiyini şərh etməyib.