Meksikanın İdalqo ştatında neft kəmərində baş vermiş partlayışda ölənlərin sayı 117 nəfərə çatıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, onlardan 68-i partlayış zamanı, 49-u isə xəstəxanada dünyasını dəyişib. Daha 30 nəfərin müalicəsi davam etdirilir.
Xatırladaq ki, partlayış Tlauelilpan rayonunda neft kəmərinə qanunsuz müdaxilə zamanı baş vermişdi.
Son xəbərlər
Son Xəbərlər