Meksikanın Kintana-Roo ştatında bir qrup silahlı şəxs prokurorluğun binasına hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Excelsior” portalı məlumat yayıb.
Məlumata görə, cinayətkarlar motosikletlə prokurorluğa yaxınlaşıblar və daha sonra müxtəlif növ silahlardan binanı atəşə tutublar. Mühafizəçilərlə cinayətkarlar arasında atışma olub. Hadisə nəticəsində bir polis ölüb, üçü isə yaralanıb.
Hazırda cinayətkarların tutulması üçün xüsusi əməliyyat keçirilir.
***
Meksikanın Kintana-Roo ştatında silahlı şəxslərin prokurorluğun binasına hücumu nəticəsində ölənlərinsayı 3-ə çatıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik naziri Rodolfo de Angel Campos bildirib.
Ölənlərdən 2-si polis, 1-i isə cinayətkardır.
Son xəbərlər
Son Xəbərlər