Meksikada radioaktiv maddə daşıyan konteyner oğurlanıb

meksikada-radioaktiv-madde-dasiyan-konteyner-ogurlanib
Oxunma sayı: 759

Meksikada ölkə miqyasında narahatlığa səbəb olan hadisə baş verib. 

“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, paytaxt Mexikoda radioaktiv maddə olan iridiya-192-nin daşındığı konteyner oğurlanıb. Hökumət oğurlanan maşının ola biləcəyi 11 ştata həyəcan siqnalı göndərib. Hökumət bəyan edir ki, təhlükəli maddə insanlara, eləcə də oğruların özünə zərər verə bilər. Güman edilir ki, onlar daşınan yükün təhlükəli olduğundan xəbərsiz olublar. 

Qeyd edək ki, Meksikada radioaktiv maddələrin oğurlanmasına tez-tez rast gəlinir. Sonuncu dəfə bənzər hadisə 2017-ci ilin fevralında olub.

Aysel Kərimova