Meksikada şagird müəllimini və sinif yoldaşlarını güllələdi

meksikada-sagird-muellimini-ve-sinif-yoldaslarini-gulleledi
Oxunma sayı: 1041

Meksikanın Koauila ştatının Torreon şəhərində 12 yaşlı şagird məktəbdə müəllimini və sinif yoldaşlarını güllələyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məktəbli əvvəlcə müəllimini öldürüb, daha sonra özü intihar edib. İnsident nəticəsində daha 6 nəfər yaralanıb.

Hadisənin səbəbi bilinmir.