Meksikada serial çəkilişində 2 aktyor öldü - Fotolar

meksikada-serial-cekilisinde-2-aktyor-oldu
Oxunma sayı: 2053

Meksikanın Mexiko şəhərində serial çəkilişi zamanı iki aktyor asma körpüdən yıxılaraq həyatını itirib. “Qafqazinfo” bildirir ki, bu barədə “ISTOÉ Gente” xəbər verib.

Çəkiliş aparan telekanalının verdiyi məlumata görə, aktyorlar Horhe Navarro Sançes və Luis Herardo “Həqiqət qarşısında qorxusuz” serialının çəkilişləri zamanı ölüblər.

Qeyd edilir ki, baş verənlərin tədqiqatında çəkiliş heyətinin rəhbərliyi Mexiko hökuməti ilə əməkdaşlıq edir.

İnsidentin təfərrüatları barədə məlumat verilmir.