Meksikada silahlı qarşıdurma - Ölənlər var

meksikada-silahli-qarsidurma
Oxunma sayı: 1058

Meksikanın Sinaloa ştatının Kulyankan şəhərində silahlı quldurlarla dəniz piyadaları arasında atışma baş verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

Yerli prokurorluğun verdiyi məlumata əsasən patrul xidməti həyata keçirən hərbçilər atəşə məruz qalıb. Cavab atəşi açan dəniz piyadalarının əsgərləri ilə silahlılar arasında döyüş başlayıb. İnsident nəticəsində hərbçilər də daxil olmaqla 6 nəfər həlak olub.

Agentliyin məlumatına görə, zirehli gödəkcə geyinən cinayətkarlar ABŞ istehsalı olan “AR-15” və məşhur “Kalaşnikov”la silahlanmış olublar.