Meksikada üç gecə klubunda atışma, ölən var

meksikada-uc-gece-klubunda-atisma-olen-var
Oxunma sayı: 1412

Meksikanın cənubunda yerləşən Kankun kurort şəhərinin mərkəzi hissəsindəki üç gecə klubunda atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kintana-Roo ştatının prokurorluğu tviterdə bildirib.

Belə ki, bir neçə mülki şəxs gecə klubuna gələnlərə atəş açıb.

Bir nəfər Benito-Xuares bələdiyyəsinin Kaba prospektində bir nəfərin odlu silahdan ölməsi və altı nəfərin yaralandığı insidentlərdə iştirak etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Hadisə yerində polis və prokurorluq əməkdaşları çalışır.