Meksikada yeddinəfərlik ailə qətlə yetirildi

meksikada-yeddineferlik-aile-qetle-yetirildi
Oxunma sayı: 2054

Meksikanın Boka-del-Rio şəhərində üçü qadın və biri uşaq olmaqla 7 nəfər həlak olub.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

“Bir azyaşlı olmaqla üçü qadın və dörd kişinin ölümü ilə bağlı cinayət işi açılıb”, - nazirliyin açıqlamasında bildirilir.

Yerli mətbuatın məlumatına görə, öldürülənlərin hamısı ət mağazaları şəbəkəsinə sahib olan eyni ailənin üzvləridir.