Meksikanın cənubunda Kuernavaka magistralında çökmə meydana gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə 3 gündür davam edən aramsız yağışlar səbəbindən yolun altından gedən kanalizasiya borusunda tıxanma yaranıb. Bu isə yolun çökməsinə səbəb olub.
Hadisə zamanı yolda hərəkətdə olan bir neçə avtomobil çuxura düşüb və nəticədə 2 nəfər – ata və oğlu ölüb.
Hazırda ərazidə bərpa işləri aparılır.
Son xəbərlər
Son Xəbərlər