Meksikalı boksçu Messidən üzr istədi

Meksikalı boksçu Messidən üzr istədi
Oxunma sayı: 2063

Meksikalı peşəkar boksçu, mütləq dünya çempionu Saul Alvares Argentina millisinin futbolçusu Lionel Messidən ünvanına söylədiyi sözlərə görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, idmançı bununla bağlı instaqram hesabında paylaşım edib.

O, vətəninə olan sevgisi üzündən özündə olmadığını və yersiz ifadələr işlətdiyini bildirib: “Buna görə də Messi və Argentina xalqından üzr istəyirəm. Hər gün yeni bir şey öyrənirik, bu dəfə növbə məndə idi”.

Xatırladaq ki, Messi Qətərdə keçirilən dünya çempionatında Meksika ilə matçdan (2:0) sonra rəqib futbolçulardan biri ilə formasını dəyişib. Daha sonra Argentina millisinin paltardəyişmə otağından 35 yaşlı forvardın həmin köynəyi yerə atması, daha sonra onu ayağı ilə kənara itələməsini əks etdirən video yayılıb. Bu görüntülər Saul Alvaresi qəzəbləndirib. Messinin Meksika millisinin forması və ölkə bayrağı ilə döşəməni sildiyini iddia edən boksçu futbolçunu təhdid edib. İdmançı bildirib ki, Messi onunla qarşılaşmamaq üçün tanrıya dua etməlidir.