Meksikalı futbolçunun “Neftçi” yalanı

meksikali-futbolcunun-neftci-yalani
Oxunma sayı: 1003

Meksikalı keçmiş futbolçu Erik Marin yerli mətbuata maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, ölkəsinin jurnalistlərinə açıqlamasında karyerasından danışarkən Azərbaycanda “Neftçi” klubunun şərəfini qoruduğunu bildirib.

Lakin Marin bununla yalan danışıb. Çünki “Neftçi”də heç vaxt belə bir futbolçu olmayıb. Keçmiş futbolçu açıqlamasında isə bunları deyib: “Mən xaricdə çempion olmuş meksikalıyam. Azərbaycanda “Neftçi” ilə ölkə birincisi olmuşam. Bu mənim üçün böyük xoşbəxtlikdir. Xaricdə ölkəni təmsil etmək qürurvericidir”.