Məktəb direktoru dərman içəndən sonra bacısına zəng vurubmuş

Məktəb direktoru dərman içəndən sonra bacısına zəng vurubmuş
Oxunma sayı: 3780

Dünən Gəncədə məktəb direktorunun intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru, 1960-cı il təvəllüdlü Mətanət Qarayeva Üçtəpə qəsəbəsində yerləşən evində tək olarkən intihar məqsədilə 14 ədəd dərman həbi içib.

Xəbəri rus dilində oxuyun: AccessBank отмечает свое 20-летие: интервью с Давидом Циклаури

Daha sonra vəziyyətinin ağırlaşdığını görərək bacısına zəng edib. Dərhal M.Qarayevanın evinə gələn bacısı onun huşsuz halda qaldığını görüb və təcili tibbi yardım maşını ilə M.Qarayeva Göygöldəki xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu və həkim nəzarətində saxlanıldığı bildirilir. Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza