Məktəb direktoru koronavirusdan vəfat etdi - Foto

mekteb-direktoru-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 4492

Sumqayıtda məktəb direktoru koronavirusdan vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, söhbət şəhərin 28 nömrəli tam orta məktəbin direktoru Ağayev Mehdi Qəyyum oğlundan gedir.

Məlumata görə, bir müddət öncə COVID-19-a yoluxan direktor 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Ağayev son parlament seçkilərində Sumqayıt 41 saylı birinci seçki dairəsinin 1 saylı məntəqəsinin sədri idi.