Məktəb direktoruna vəzifə verildi

mekteb-direktoruna-vezife-verildi
Oxunma sayı: 5812

Şəmkir rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Ələsgərov Elşən Zeynal oğlu təyin edilib. 

O, bu vəzifəyə qədər Şəmkir şəhəri, Morul tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, sektorun əvvəlki müdiri Qüdrət Əliyev ötən ilin noyabrında vəzifəsindən çıxarılıb. O, bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunmuşdu.

Yunis Quliyev