“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Seyidov küçəsində yerləşən 158 saylı orta məktəbin gözətçisi Bakı sakini 1978-ci il təvəlüddlü Ramil Əliyev 102 xidmətinə zəng edərək cinayət haqda məlumat verib.
R.Əliyev bildirib ki, gecə saatlarında iki nəfər naməlum şəxs məktəbdə direktorun otağının qəbul hissəsində komputeri oğurlamağa cəhd edib. Gözətçini görən həmin şəxslərdən biri onun üstünə hücum edərək sol əlindən bıçaqla vurub.
Məlumat Yasamal Rayon Polis İdarəsində araşdırılıb və məlum olub ki, R.Əliyev 102-ə zəng edən zaman sərxoş olub. İçkinin təsirindən əsəbləşərək otağı dağınıq hala salıb. Bundan sonra oğurluğa cəhd olunması haqda polisə yalan məlumat verib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər