Məktəb kitabxanasının tavanı uçdu - Fotolar

mekteb-kitabxanasinin-tavani-ucdu
Oxunma sayı: 1523

Biləsuvar rayonunda orta məktəbin kitabxanasının tavanının bəzi hissəsi uçub. Hadisə rayonun Çinarlı kənd tam orta məktəbində qeydə alınıb.

Kənd icra nümayəndəliyindən “Qafqazinfo”ya bildirilib ki, 9 illik məktəbin kitabxana yerləşən hissəsi uzun illər öncə tikilib və təmirə ehtiyacı var.

Qeyd edək ki, xoşbəxtlikdən hadisə zamanı içəridə heç kim olmayıb.

Nizam Rza