Məktəb müəllimi ilə görüşən Adel ağladı - Video

mekteb-muellimi-ile-gorusen-adel-agladi
Oxunma sayı: 3592

Uzun fasilədən sonra səhnəyə dönən britaniyalı müğənni Adel “London Palladium” konsert zalının səhnəsində çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, müğənninin çıxışını ITV telekanalı “An Audience With...” proqramı çərçivəsində lentə alıb.

Çəkilişin ən emosional anlarından biri Adelin onu sənətlə məşğul olmağa ilhamlandıran şəxslə - məktəb müəllimi ilə bağlı danışdığı tarixçə olub. Həmin an haqqında danışdığı müəllimin zalda peyda olması isə Adel üçün gözlənilməz sürpriz olub, müğənni göz yaşlarına boğulub.

Həmçinin oxuyun: Adelin konsertində sevdiyi qıza evlilik təklifi etdi - Video