Baş İctimai Təhlükəsizlik İdarəsi, Nərimanov və Nizami Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu A.Neymətulla, F.Yusifov və F.X.Xoyski küçələri, həmçinin Nizami rayonu Q.Qarayev prospektində orta məktəblərin yaxınlığında yerləşən köşklərin də bir neçəsində yetkinlik yaşına çatmayan şəxslərə siqaret satıldığı müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri, paytaxt sakinləri – Cəmilə Şirəliyeva, Ramal Əsgərli, Cabbar Cabbarov, Bəhram Allahverdiyev və Qoşqar Hüseynov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.
.jpg)

Son xəbərlər
Son Xəbərlər