Məktəbdə gözətçinin meyiti tapıldı

mektebde-gozetcinin-meyiti-tapildi
Oxunma sayı: 4097

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, insident Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.