Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.
"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, şagirdlər dərhal təxliyyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub.
***
Bakı Şəhər Təhsil İdarəsi yanğınla bağlı məlumat yayb. Bildirilir ki, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.
***
FHN -də yanğınla bağlı məlumat yayıb. Qeyd olunur ki, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanmışdır. Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər