Məktəbəhazırlığa gedən uşaqların sayı 10 faiz artıb

Məktəbəhazırlığa gedən uşaqların sayı 10 faiz artıb
Oxunma sayı: 870

2019-cu il 1 yanvar tarixinə ölkədə 2–5 yaşlı uşaqların sayı 661,0 min nəfər olub, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil müəssisələrində məktəbəhazırlığa cəlb olunmuşların 1–5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi 28,5 faiz təşkil edib. Bu göstərici 2010-cu illə müqayisədə 10 faiz çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb. 

Qeyd edilib ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi 5 yaşınadək uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən fərdi yanaşma əsasında təhsilin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Uşaqların fiziki, əqli və mənəvi inkişafı, sosial bacarıqlarının artırılması üçün məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi, tərbiyəçi-müəllimlər və dayələr üçün peşə hazırlığının təkmilləşdirilməsi, valideynlərin zəruri məsləhət xidməti ilə təmin edilməsi vacibdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi