Məktəbəqədər hazırlıq qrupları ləğv olunur?

mektebeqeder-hazirliq-qruplari-legv-olunur
Oxunma sayı: 6718

“Məktəbəqədər hazırlıq qrupları ləğv olunmayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib. 

“Biz bacardıqca məktəbəqədər təhsili qaldırıb daha çox uşağı cəlb etməyi düşünürük. Bu il 100 minə qədər uşağı belə qruplara qəbul etmişik. Məktəbəqədər hazırlıq qrupları ləğv olunmayacaq, əksinə artırılacaq”, - deyə nazir vurğulayıb.

Gülnar Əliyeva