“Məktəbəqədər təhsil haqqında” qanun müzakirəyə çıxarıldı

mektebeqeder-tehsil-haqqinda-qanun-muzakireye-cixarildi
Oxunma sayı: 2285

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, qanun layihəsi haqqında Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

5 fəsil 24 maddədən ibarət olan layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.

Qanun layihəsi ətrafında millət vəkilləri növbəti təkliflərini səsləndirib. Qanun layihəsi növbəti iclasların birində yenidən müzakirəyə çıxarılacaq.

Günel Türksoy