Məktəbi bitirə bilməyənlər üçün imtahan keçiriləcək

mektebi-bitire-bilmeyenler-ucun-imtahan-kecirilecek
Oxunma sayı: 1119

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün mayın 11-dən 13-dək eksternat qaydasında imtahanlar keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, qeydiyyat aprelin 1-dən 20-dək aparılacaq. Sənəd qəbulu BŞTİ-də, imtahanlar isə 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ərizələri BŞTİ tərəfindən qəbul edilən eksternlər mayın 4-dən 6-dək saat 10.00-dan 16.00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

İmtahana gələndə şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Ətraflı məlumatı BŞTİ-nin rəsmi saytindan əldə etmək mümkündür.