Məktəbi bitirməyənlər üçün imtahan keçiriləcək

mektebi-bitirmeyenler-ucun-imtahan-kecirilecek
Oxunma sayı: 2581


“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeydiyyat 1 aprel 2015-ci il tarixdən 20 aprel 2015-ci il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş sürəti;

2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;

3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;

4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.