Məktəbin həyətində intihar

mektebin-heyetinde-intihar
Oxunma sayı: 1934

Bakıda intihar hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən 10 saylı orta məktəbin həyətində qeydə alınıb. 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlu məktəbin həyətindəki ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.