Məktəbin kompüter və printerini oğurladılar

mektebin-komputer-ve-printerini-ogurladilar
Oxunma sayı: 1214

Bakıda məktəbdən oğuluq edən şəxslər tutulub. 

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki tam orta məktəblərin birindən kompüter və printer oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə və Əvəz Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.