Məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdı - Yenilənib

mektebin-qarsisinda-sagirdi-doyub-qolunu-sindirdi
Oxunma sayı: 7501

Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub. N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.

O, xəstəxanaya aparılıb və qolu gipsə qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Nizam Rza