Məktəbin stadionunda intihar etdi

mektebin-stadionunda-intihar-etdi
Oxunma sayı: 2440

Ötən gün Biləsuvar rayonun Xırmandalı kəndində intihar hadisəsi baş verib.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, 1979-cu ildə anadan olmuş, üç uşaq atası olan kənd sakini Musa Mətləb oğlu Mirzəyevin asılmış cəsədi 2 saylı Xırmandalı kənd orta məktəbinin stadionunda aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.