Maştağa qəsəbəsi, 22 saylı orta məktəbin yaxınlığındakı fərdi yaşayış evində yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Bəxtiyar Hacıyev yayıb.
O bildirib ki, yanğının ətrafdakı evlərə keçmə ehtimalı böyükdür.
İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.
***
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda yanğınsöndürmə briqadası hadisə yerindədir. Yanğın barədə çağırışın nə vaxt daxil olması və yanğınsöndürənlərin hadisə yerinə çatması haqda dəqiq məlumat açıqlanacaq.
***
Gülçin Mehdiyeva “Qafqazinfo”ya bildirib ki, yanğın barədə çağırış saat 12:06-da daxil olub, yanğın briqadası hadisə yerində 6 dəqiqə sonra, saat 12:12-də çatıb. Yanğın isə saat 12:44-də söndürülüb. Nəticədə 3 otaqlı evin yanar konstruksiyaları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının səbəbi araşdırılır.
Son xəbərlər
Son Xəbərlər