Məktəbin zirzəmisindən döyüş sursatı tapıldı- - Bakıda

mektebin-zirzemisinden-doyus-sursati-tapildi-
Oxunma sayı: 880


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. 

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim ücün istifadə edilən), sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş, digər növ şübhəli əşya aşkar etməyiblər.