Məktəblərdə 8 Mart pulu yığılacaq?

mekteblerde-8-mart-pulu-yigilacaq
Oxunma sayı: 1536


Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, bayramda pul yığılmasının qarşısını almaq məqsədilə Təhsil Nazirliyi müvafiq tədbirlər həyata keçirəcək. Nazirlikdən həmçinin bayram münasibəti ilə şağirdlərdən pul yığılması məsələsinin Təhsil Nazirliyinin diqqətində olduğu bildirilib: “Bu məsələ Təhsil Nazirliyinin diqqətindədir. Müəyyən müraciətlər olduqda müvafiq tədbir görüləcək”.