Məktəblərdə dərs və iş vaxtı dəyişdirilə bilər - - Rəsmi

mekteblerde-ders-ve-is-vaxti-deyisdirile-biler-
Oxunma sayı: 2405


“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. 

O, bildirib ki, müəyyən qədər vaxtın sürüşməsi ilə həm orta məktəbə gedən şagirdlərin miqdarı nisbətən zamana görə dəyişəcək: “Həm də bu addım o şagirdləri məktəbə gətirən nəqliyyat vasitələrinin sayının pik zamanda azalmasına imkan verir. Məktəb ətrafında avtomobillərin toplanıb sıxlıq yaradıb bütövlükdə küçədə tıxac əmələ gələ bilməsinin də qarşısı bu tədbirlə alınacaq”.

Sektor müdiri əlavə edib ki, Nazirlər Kabinetinin yekun qərarından sonra, qərarın icrası təhsil müəssisələrində yeni tədrisi ilindən həyata keçiriləcək. S. Gözəlov valideynləri ibtidai sinifdə oxuyan övladlarını ictimai nəqliyyatdan istifadə edərək məktəbə gətirmələrini tövsiyə edib.

“Qafqazinfo”