Məktəblərdə karantinə riayətə nəzarət üzrə nümayəndələr seçilib

mekteblerde-karantine-riayete-nezaret-uzre-numayendeler-secilib
Oxunma sayı: 753

“Hər təhsil müəssisəsində karantin rejiminə riayət olunması üçün operativ nəzarət üzrə nümayəndə seçilib və qaydalara nəzarəti o tənzimləyir. Həmçinin təhsil müəssisəsinin rəhbərliyi də bu qaydalara əməl olunmasına cavabdehdir. Nazirlik də, yerli idarəçilik orqanları da mütəmadi olaraq məktəbləri monitorinq edəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O həmçinin qeyd edib ki, karantin rejiminə riayət edilməsi ilə bağlı prosesə məktəblinin dostları da qoşulub: “Dərs bitəndən sonra məktəblinin dostları bizə məlumatlar ötürəcəklər. İstəyirik ki, valideynlərə də maarifləndirici mesajlar ötürək. Bunun üçün məktəblərdə maarifləndirici lövhələr quraşdırılıb”. 

Gülnar Əliyeva