Məktəblərdə psixoloqların ştat sayı müəyyənləşdi

mekteblerde-psixoloqlarin-stat-sayi-mueyyenlesdi
Oxunma sayı: 2041

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqda qərar verib.

“Qafqazinfo”nun məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda deyilir:

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilsin:

şagird sayı 1000-dək olduqda, 1 vahid;

şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid;

şagird sayı 3000-dən çox olduqda, 3 vahid.

Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.