“Məktəblərdə uşaqlar demək olar ki, peyvənd olunmayıblar”

“Məktəblərdə uşaqlar demək olar ki, peyvənd olunmayıblar”
Oxunma sayı: 1162

“Koronavirusa yoluxma ilə bağlı rəqəmləri hər gün izləyirik və bu  sayın artması bizi də narahat edir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib. 

O qeyd edib ki, fəsil dəyişimi dönəmində bu artım proqnozlaşdırılmışdı: “Çünki hava-damcı infeksiyaları bu dövrdə artır. Həmçinin artıq təhsil bərpa olunub,  toylara icazə verilib, iri ticarət mərkəzləri işləyir və digər səbəblər artıma səbəb olub. 

Həmçinin havanın soyuması, insanların qapalı məkanlarda olması, otaqların havasının dəyişdirilməməsi də infeksiyanın yayılmasına şərait yaradır. Biz bilirik ki, indi “Delta” ştamı yayılıb və bu ştamın yoluxuculuğu 2-3 dəfə çoxdur. Məktəblərdə uşaqlar demək olar ki, peyvənd olunmayıblar”.

İnfeksionist bildirib ki, əhalinin davranışı, maska taxması, sosial məsafə gözləməsi tibb işçilərinə kömək ola bilər. Həmçinin peyvəndlənmə də insanları ağır xəstələnmələrdən qoruyur. 

Gülnar Əliyeva