Məktəblərin qış tətilinin vaxtı açıqlandı

mekteblerin-qis-tetilinin-vaxti-aciqlandi
Oxunma sayı: 7650

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. 

Təhsil Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək. 

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.