Məktəbli geyimləri neçəyədir?

mektebli-geyimleri-neceyedir
Oxunma sayı: 1811


Bakı Tikiş Evinin idarə heyətinin sədri Fədail Rəhimov məktəbli formasının hazırki qiymətini açıqlayıb. Modern.az saytı qiymətləri nəzərinizə çatdırır.

F.Rəhimovun sözlərinə görə, formalar 2 hissəyə bölünür:  

I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə;

VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdə.

Məktəbli formalarının qiymətləri ölçülərə görə dəyişir. I-VI sinif şagirdləri üçün (26-44 ölçüdə) bir dəstin qiyməti 40 manatdır.

VII-XI siniflər üçün isə (34-54 ölçüdə) bir dəst 52 manata satılır. Bundan başqa dəstə daxil olan jilet, köynək, şalvar, yubka və pencəklər də ayrı-ayrılıqda satılır.