Məktəbli qız 8 nəfəri bıçaqladı - Kanadada

mektebli-qiz-8-neferi-bicaqladi
Oxunma sayı: 1728

Kanadanın Pikerinq şəhərində məktəbli qız bıçaqla 8 nəfəri yaralayıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, məktəbli qız 6 şagirdi və Tələbə Təşkilatının 2 əməkdaşını bıçaqlayıb. Bu barədə CBC telekanalı məlumat yayıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə şahidlərindən birinin məlumatına görə, məktəbli qız iki bıçaqla hadisəni törədib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.