“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Ağa Nemətulla küçəsində baş verib. Həmin ünvanda yaşayan, 1997-ci il təvəllüdlü Aydan İbrahimova 5-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. A. İbrahimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır