Məktəblilər Gənc Tamaşaçılar Teatrında

mektebliler-genc-tamasacilar-teatrinda
Oxunma sayı: 779

İyul ayının 1-də  məktəblilərin yay tətili günlərində istirahətlərinin daha rəngarəng və maraqlı edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Gənc tamaşaçılar Teatrında  “Çipollino”tamaşasının pulsuz nümayişi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 400 nəfər məktəbli  iştirak edib.

Beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovadır. 

Tamaşada iştirak edən uşaqların valideynləri tədbirdən razı qalıb, hər zaman Azərbaycan uşaqlarına diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.