Məktəblilər “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsində

mektebliler-serhedci-herbi-vetenperverlik-dusergesinde
Oxunma sayı: 1448

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan sosial qayğıya ehtiyacı olan, şəhid və Qarabağ veteranı  ailələri, həmçinin valideyn himayəsindən  məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər, xüsusilə məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, əktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə sərhəd zastavasında məktəblər üçün hərbi-vətənpərvərlik düşərgəsinin təşkili layihəsinə start verilib. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 7-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunub.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Dövlət Sərhəd Xidməti ilə birgə layihə – «Sərhədçi» yay istirahət düşərgəsi yaradılıb. Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanıb. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçiriləcək, vətənpərvərlik mövzularında çəkilmiş Azərbaycan filmləri və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxlar  nümayiş etdiriləcək. 

Yay düşərgəsi zamanı şagirdlər üçün Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunacaq, bu da məktəblilərin regionla yaxından tanış olmalarına imkan verəcək.