Məktəblilərimiz beynəlxalq olimpiadada mükafat qazandılar

mekteblilerimiz-beynelxalq-olimpiadada-mukafat-qazandilar
Oxunma sayı: 2443

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində 3-11 iyul tarixlərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında azərbaycanlı şagirdlər uğurla çıxış ediblər. 

“Qafqazinfo” xəbər verir ki, 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.