Məktəblilərimizdən Avropa Qızlar Riyaziyyat Olimpiadasında ilk qızıl medal

mekteblilerimizden-avropa-qizlar-riyaziyyat-olimpiadasinda-ilk-qizil-medal
Oxunma sayı: 1822

Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (#EGMO) keçirilib.

Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar.

Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb.