Məktəblilərin hərbi-idman oyunu- - Fotolar

mekteblilerin-herbi-idman-oyunu-
Oxunma sayı: 1443


“Qafqazinfo”nun məlumatına görə, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.

Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak edib. Yarışın nəticəсinə görə I yerə 291 saylı “Araz” Ekologiya liseyin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 212 saylı məktəbin komandası layiq görülüblər. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.